• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 979
— 31.03.2021 12:09

Füzulidə minatəmizləmə əməliyyatı davam edir

KepezTV Player

Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatı davam edir. ANAMA-nın əməkdaşları Alxanlı kəndi ərazində Azərbaycan və Ermənistan qoşunlarının keçmiş təmas xəttinin neytral ərazisində minatəmizləmə əməliyyatını həyata keçirir. Əməliyyatda texnika və xüsusi təlim görmüş itlərdən də istifadə olunur. İşğaldan azad olunan ərazilərin indiyə qədər təxminən 3 milyon 600 min kvadrat metrdən çox sahəsi minalardan təmizlənib. Həmin ərazilərdə 2 mindən çox tank əleyhinə, 4 mindən çox piyada əleyhinə minalar aşkar edilərək zərərsizləşdirilib. Aşkar edilən minalar əsasən Rusiya və Ermənistan istehsalı olanlardır. Minalanmış sahələrin xəritəsi olmadığı üçün, minaları aşkar etmək çətindir.

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayonun işğaldan azad edilən, lakin minalardan tam təmizlənməmiş ərazilərə icazəsiz keçməyə cəhd göstərən şəxsləri aşkar edib. Beyləqan sakini olan 13 nəfər 5 avtomaşınla birlikdə Alxanlı kəndində müəyyən edilərək saxlanılıb. Həmin şəxslər polis şöbəsinə gətirilib, müvafiq araşdırmalarla onların barəsində protokollar tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə təqdim edilib.