• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1656
— 30.03.2021 12:27

​Tovuzda oğurluq edən şəxslər saxlanılıb

KepezTV Player

Tovuz rayon polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki fərdi yaşayış evlərinin birindən ümumi dəyəri 25000 manat olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən rayon sakinləri saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, zərərçəkənin yetkinlik yaşına çatmayan  yaxın qohumu, dostu Aslan Quliyevə evdə külli miqdar qızıl zinət əşyalarının olduğunu   və onları oğurlayaraq satıb çoxlu pul əldə edə biləcəklərini bildirib. Cinayət hadisəsini planlaşdırdıqdan sonra saxlanılan şəxslər gecə saatlarında hadisə yerinə gələrək  oğurluq ediblər. Polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qızılın hansı şəhər və rayonlarda satılması da müəyyən edilib.

saxlanılan şəxs: Bakıda olanda qonşuma dedim ki xalamgildə qızıl var gedək onu götürək. O birinci razılaşmadı daha sonra gəlib götürdük.

Aslan Quliyev saxlanılan şəxs: Gecə saat 12-də çatdıq.Mən gözlədim o girdi içəri. Bir azını Bakıda satdıq, qalanını gətirdim mən Gədəbəydə satdım, Tovuzda satdım, Şəmkirdə satdım.

Eşqin Qasımov DİN-in Mətbuat Xidmətinin əməkdaşı: Hazırda Aslan Quliyev və digər cinayəti törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılaraq istintaq təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.