• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1843
— 30.03.2021 12:26

“Az Fish” şirkətinin vəzifəli şəxslərinə cinayət işi başlanılıb

KepezTV Player

Baş Prokurorluq tərəfindən Xaçmaz rayonu, Sərəkli kəndi ərazisində yerləşən gölün ətrafının “Az Fish” MMC tərəfindən balıqçılıq fəaliyyəti ilə məşğul olmaq üçün hasarlanması, kənd sakinlərinin əraziyə buraxılmasının qadağan edilməsi və ərazidən pis qoxunun gəlməsinin yerli sakinlərin ciddi narazılığına səbəb olması ilə bağlı araşdırma aparılıb.Aparılan araşdırmalarla “Az Fish” MMC-nin balıqçılıq fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyasının olmadığı, ərazini mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına zəbt edərək hasarlaması, bununla da dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cəmiyyətin vəzifəli şəxsləri barədə cinayəti işi başlanılıb.