KepezTV Player
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin hərbi rəhbərləri ilə təlim toplantısı keçirilib. Atıcı silahlar üzrə praktiki bilik və bacarıqları yoxlanılan hərbi rəhbərlər yaralılara tibbi yardımın göstərilməsi və fiziki hazırlıq üzrə məşğələlərə cəlb ediliblər. Pilotsuz uçuş aparatlarının təyinatı ilə tanış olan toplantı iştirakçıları Vətən müharibəsində düşməndən qənimət kimi götürülərək saz vəziyyətə gətirilmiş hərbi texnikalara da baxıblar. 3 günlük təlim toplantısının yekununda hərbi rəhbərlərin peşəkarlıqlarının artırılmasının bundan sonra da diqqət mərkəzində saxlanılmasının vacibliyindən danışılıb.
- Baxış: 479