• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1691
— 29.03.2021 19:23

Sahibkar qadınların problemləri müzakirə edilib

KepezTV Player

Gəncədə sahibkar qadınların fəaliyyətinə pandemiyanın vurduğu zərbələr müzəkirə edilib. Ölkənin bu sahədə tanınmış zərif cins nümayəndələri, eləcə də 8 rayondan olan gənc sakibkarlar vəziyyətdən çıxış yolları barədə fikir mübadiləsi aparıblar.

“Sahibkar Qadınlar” İctimai Birliyinin təşkiltaçılığı ilə keçirilən tədbirdə qadınların pandemiya zamanında qarşılaşdıqları problemlərdən danışılıb. Satışla bağlı yaranan çətinliklər, tətbiq edilən qadağaların yaratdığı mənzərə, işçi qüvvəsi ilə bağlı ağsaqlıqlar daha qabarıq şəkildə özünü biruzə verib.

Vəziyyətdən çıxış yollarını tapan xanımların təcrübələrini bölüşməsi də maraq doğuran haldır. Çünki pandemiya dövründə yaranan yeni təcrübələr gənc xanımlar üçün yeni imkanlar yaradıb.

Respublikanın 22 bölgəsində mərkəzləri olan Sahibkar Qadınlar İctimai Birliyi tərəfindən pandemiya dövründə gənc sahibkarlara tövsiyyələr də verilib.

Tədbirdə bölgənin gənc sahibkar qadınlarını narahat edən məsələlər də müzakirə edilib. Həlli üçün yollar göstərilib.

Elnur Vahidoğlu