• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1050
— 29.03.2021 16:19

Göygöldə silsilə oğurluq edən şəxslər saxlanılıb

KepezTV Player

Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində fərdi yaşayış evindən və avtomobillərdən oğurluq edərək cinayət törətməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb. Yaşayış evindən televizor oğurlayan, əvvəllər məhkum olunmuş Mehran Hüseynovun digər cinayətlər törətməsi də aşkar edilib. Belə ki, o, tanışı, Gəncə şəhər sakini Elmir İsmayılovla birlikdə Göygöl rayonuna gələrək avtomobillərdən musiqi avadanlıqları oğurlayıb, daha sonra oğurladıqları əşyaları satıblar. Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.