• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1990
— 29.03.2021 16:07

Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

KepezTV Player

Samux rayon Polis Şöbəsinin əməkdaşları da oğurluq etməkdə şübhəli bilinən şəxsi yaxalayıblar. Aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, Eşlən Bayramov Sərkar kəndində yerləşən, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün nəzərədə tutulan anbara qeyri-qanuni yolla daxil olaraq oradan, ümumi dəyəri 3000 manat olan, müxtəlif elektrik avadanlıqlarını oğurlayıb. Bayramov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, fatla bağlı araşdırmalar davam etdirilir.