• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1558
— 29.03.2021 12:03

Ramazan ayının başlama tarixi məlum olub

KepezTV Player

Azərbaycanda Ramazan ayının başlama tarixi məlum olub. Bu il ölkə ərazisində Ramazan ayının 1-i miladi təqvimlə aprelin 14-nə təsadüf edəcək. Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, Ramazan ayının hilalı Azərbaycan üfüqində 13 aprel 2021-ci ildə görünəcək. Beləliklə, niyyət gecəsi aprelin 13-dən 14-nə keçən gecəyə düşür və Ramazan ayının ilk günü aprelin 14-dür. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən mayın 13-14-ü Ramazan bayramı ilə əlaqədar ölkədə qeyri-iş günləridir.