• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1303
— 27.03.2021 20:24

Gəncədə evlərdən oğurluq edən şəxs saxlanılıb

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq hadisələri törədən şəxs saxlanılıb. Müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 28 yaşlı Kərim Məmmədov martın 22 və 23-də şəhər ərazisində vətəndaşlara məxsus iki fərdi yaşayış evindən ümumilikdə 5590 manat dəyərində müxtəlif məişət əşyalarını oğurlayıb. Məmmədov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.