İnsan Hüquqları üzrə Müvəkkil 31 Mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar bəyanat yayıb. “Erməni millətçilərinin xalqımıza qarşı tarixin müxtəlif mərhələlərində həyata keçirdikləri etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biri də 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir.Bir xalqa qarşı əsrlər boyu davam edən nifrət siyasəti nəticəsində törədilən soyqırımı cinayətlərinə beynəlxalq ictimaiyyətin biganə yanaşması, eləcə də cinayətkarların ədalət mühakiməsinə cəlb edilməməsi cəzasızlıq sindromunun inkişafına, yeni bəşəri cinayətlərin törədilməsinə, insan hüquqlarının kütləvi pozuntularının geniş vüsət almasına gətirib çıxara bilər.Biz dünya birliyini və beynəlxalq təşkilatları ikili standartlara yol vermədən, beynəlxalq hüquq normaları və prinsiplərini rəhbər tutaraq, insanlıq əleyhinə cinayət olan, 1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırımına səssiz qalmamağa, bu qatı cinayəti beynəlxalq səviyyədə soyqırımı aktı kimi tanımağa, qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyə çağırırıq”, - deyə sənəddə vurğulanır.Bəyanat BMT-nin Baş Katibinə, müxtəlif orqanlarına, Avropa İttifaqı, Avropa Şurası, ATƏT-in rəhbərlərinə və bir sıra digər beynəlxalq təsisatlara göndərilib.
- Baxış: 289