• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1374
— 26.03.2021 17:27

Oğurluq faktlarının üstü açılıb

KepezTV Player

Şəmkirdə oğurluq faktlarının üstü açılıb. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətləri törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Məsuliyyətə cəlb olunanlardan biri əvvəllər məhkum olunmuş Rövşən Nağıyevdir. Aparılan araşdırmalarla müəyyən edilib ki, Nağıyev ötən ilin aprel ayında rayon ərazisindəki oyun zallarından birinə qeyri-qanuni yolla daxil olaraq oradan 800 manat dəyərində avadanlıq oğurlayıb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Rövşən Nağıyevin qanunazidd əməllərinin bununla yekunlaşmadığı aşkar edilib. Belə ki o, bu il martın 21-də tanışı Samir Mehdiyevlə əvvəlcədən planlaşdıraraq, inzibati binalardan birinə daxil olub, oradan 1 ədəd kompüteri oğurlayıb. Bu zaman Samir Mehdiyev gözətçilik missiyasını öz üzərinə götürüb.

Onu da qeyd edək ki, Rövşən Nağıyev saxlanılan zaman üzərindən narkotik də aşkarlanıb.

Saxlanılan hər iki şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.