• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2140
— 26.03.2021 17:40

Qohumlarını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı

KepezTV Player

Gəncədə iki nəfər bıçaqlanıb. Şəhər sakinləri 28 yaşlı Osman Dadaşov və qardaşı, 30 yaşlı Salman döş qəfəslərinin daxilinə keçən kəsilmiş-deşilmiş yaraları ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Hadisə ilə bağlı məlumat daxil olan kimi Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları araşdırmalara başlayıblar. Məlum olub ki, şəhər sakini 27 yaşlı Nicat Qurbanov ailə münaqişəsi zamanı bacısının həyat yoldaşı Osman Dadaşovu və onun qardaşı Salmanı bıçaqla qəsdən vurub. Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Qurbanov saxlanılaraq istintaqa təqdim edilib. Fakt üzrə araşdırmalar davam etdirilir.