• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1546
— 26.03.2021 15:58

"COVİD-19-la bağlı vəziyyət bu dəfə daha ciddidir"

KepezTV Player

"COVİD-19-la bağlı vəziyyət bu dəfə daha ciddidir. Ehtiyatlı olaq!" Bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev bildirib. Həkim sosial şəbəkə hesabında müşahidələrini və tövsiyələrini bölüşüb. "Koronavirus daha sürətlə yayılır. Bildiyimiz müalicələrə demək olar ki, tabe olmur. Ağciyərləri daha çox zədələyir. İldırımsürətli ağırlaşma verə bilir. Ağırlaşma və ölüm hallarının ehtimalı daha çoxdur", - deyə mütəxəssis qeyd edib. "Ən yaxşısı yoluxmamaqdır" deyən həkim bildirib ki, bunun üçün qaydalara əməl etmək mütləqdir. Aydın Əliyev onu da qeyd edib ki, peyvənd edilənlər arxayın olmasınlar: "Peyvənd edilənlər arasında da yeni ştama yoluxub ağır keçirənlər var. Yoluxma sayı günbəgün artır. Yoluxma sayı biraz da artsa sərt karantin qaçılmaz olacaq. Sərt karantin istəmiriksə qorunmalıyıq. Yoluxma sayı azalana qədər qonaqlıqlardan, ad günlərində və digər tədbirlərdə toplaşmaqdan çəkinək". Sitatın sonu.