KepezTV Player
Müdafiə Nazirliyinin görüntülərini paylaşdığı bu yaşayış məntəqəsi Qarabağ silsiləsinin ətəyində yerləşir. Türk dillərində arış/arıs sözü "tayfanın bir qolu" mənasını ifadə edir. Füzuli rayonunun Arış kəndində işğala - 1993-cü ilə kimi 70-ə yaxın ev olub. Amma çox təəssüf ki, kadrlardan da gördüyümüz kimi, o evlərdən indi əsər-əlamət yoxdur. Yaşayış məntəqəsi 15 oktyabr 2020-ci ildə Azərbaycanın Silahlı Qüvvələri tərəfindən düşmən tapdağından azad edilib. Və indi digər ərazilərimiz kimi, Arış kəndini də çiçəklənəcəyi, gülüstana dönəcəyi günlər gözləyir.
- Baxış: 320