• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 25.03.2021 13:12

Yığmamız seçmə mərhələyə məğlubiyyətlə başladı

KepezTV Player

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin ilk turunun oyunlarına start verilib. İlk gündə seçmə komandamız da mübarizə aparıb.

A qrupunda yer alan Milli komandamız Portuqaliya ilə qarşılaşıb. Görüş koronavirus pandemiyasına görə İtaliyada, Turin şəhərindəki “Yuventus” stadionunda keçirilib. Yığmamız görüşdən 1:0 məğlub ayrılıb. Qarşılaşmada vurulan yeganə qolu 36-cı dəqiqədə Maksim Medvedyev öz qapımızdan keçirib. Beləliklə milli komandamız DÇ-2022-nin seçmə mərhələsinə məğlubiyyətlə başlıyıb.

Qardaş millidən möhtəşəm qələbə

G qrupunda yer alan Türkiyə yığması Niderland millisi ilə qarşılaşıb. İstanbuldakı Atatürk olimpiya stadionunda baş tutan görüşdə "Ay-ulduzlu"lar möhtəşəm qələbəyə seviniblər. Rəqibini 4:2 məğlub edən Türkiyə millisində Burak Yılmaz het-triklə yadda qalıb, Hakan Çalhanoğluda fərqlənməyi bacarıb. Görüşdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli komandanı qələbə münasibəti ilə təbrik edib.Gənclər və İdman naziri Muhammet Muharrem Kasapoğluna zəng vuran Ərdoğan baş məşqçi Şenol Günəş və futbolçularla danışıb. Burak Yılmazı xüsusi ilə təbrik edən Erdoğan “Maşallah, o necə gözəl zərbə idi” deyərək hücumçunun qolunu tərifləyib.

Belçika millisi geri düşdüyü oyunda qələbə qazandı

E qrupunda Belçika millisi Uels yığmasının sınağa çəkib. Belçikalılar görüşdə geri düşmələrinə baxmayaraq tez bir zamanda toparlanaraq fifa reytinqində əbəs yerə nömrə 1 olmadıqlarını bir daha sübüt ediblər. Start fitindən 11 dəqiqə sonra Harri Vilsonun vurduğu qolla geriyə düşən "qırmızı iblislər" tez bir zamanda toparlanaraq ulduzları Kevin de Bröyne, Torqan Hazard və Lukakunun məhsuldar zərbələri ilə 90 dəq sonunda qələbəyə seviniblər.

Rusiya yığması səfərdən qələbə ilə qayıtdı

H qrupunda mübarizə aparan Rusiya millisi ilk oyununu səfərdə Malta seçməsinə qarşı keçirib. İlk 35 dəqiqədə Artyom Dzyuba və Mario Fernandeşin vurduğu qollarla Ruslar hissəni öndə başa vurublar. Oyunun İkinci yarısında Malta millisi Joseph Mbonqla ümidlənsələrdə Aleksandr Sobolyov ev sahiblərinin ümidini son dəqiqədə qırıb. Yekun hesab 1:3.

Digər oyunlara gəlincə, nəticələr belə olub: Serbiya-İrlandiya 3:2, Finlandiya - Bosniya 2:2, Fransa - Ukrayna 1:1, Estoniya - Çexiya 2:6, Cəbəllütariq - Norveç 0:3, Latviya - Monteneqro 1:2, Sloveniya - Xorvatiya 1:0.