• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1550
— 25.03.2021 18:08

40 yaşdan yuxarı olanlar peyvənd edilir

KepezTV Player

Gəncədə yaşı 40-dən yuxarı olan şəxslərin karonavirusa qarşı vaksinasiyasına başlanılıb. Artıq şəhər üzrə 300 nəfərə yaxın şəxs könüllülük prinsipi əsasında peyvənd edilib. Bayram günləri olmasına baxmayaraq təyin olunan məntəqələrdə vaksinasiya davam edir.

Vaksinasiyaya gələn şəxslər əvvəlcə qeydiyyata alınır, daha  sonra onun haqqında bütün məlumatlar onlayn bazaya daxil edilir. Peyvənd olunanlar  poliklinikanın həkimləri tərəfindən yoxlanıldıqdan sonra onlara vaksin vurulur.

Qəhrəman Bayramov  sakin: 42 yaşın içindəyəm. Peyvənd vurdurmağa gəlmişəm. Yaxşıdır, heç bir narahatçılığı yoxdur. Hamı gəlib vurdura bilər.

Gülnarə Rüstəmova  sakin: Hazırda lap yaxşıyam. 10 dəqiqədir vurulubdur. Düzdü şayilər yazılır hamı da qorxur, həyacan keçirir, ancaq mənasızdır.

Sevinc Sultanova sakin: Özümü çox yaxşı hiss elədim. Narahatçılıq yoxdur. Məsləhət görərdim ki, hamı vurdursun.

Gəncədə koronavirusa qarşı vaksin vurdurmaq üçün 6 mərkəz faəliyyət göstərir. İstirahət günündən başqa, digər günlərdə işçilərin 30 faizi təyin olunan qrafiklərlə vətəndaşlara xidmət göstərirlər.

Aminə Cabbarova Abbas Səhət adına 6 nömrəli poliknikanın şöbə müdiri : Yanvarın 20-dən bu işlə məşğul oluruq. Bizə təxminən 4660 nəfər adam müxtəlif yaşlarda müraciət edib. İlk növbədə tibb işçiləri olub. 3600 nəfər birinci doznan ikinci doznan 1000 nəfər və artıq 40 yaşdan yuxarı əhali bizə müraciət edir. Bu üç gün ərzində bizə 50 nəfər adam müraciət edibdir. Vurduğumuz vaksinlərdən şikayətlə yaxınlaşanlar olmayıbdır. Xəstəlikdən qorunmaq üçün peyvənd olunmaq hamı üçün mütləqdir.

Bugünədək Gəncəyə ümumilikdə 22 min dozada vaksin gətirilib ki, bunlardan da 17 min 282-i təyin olunan məntəqələrə göndərilib. 13 min doza vaksin vətəndaşlara vurulub, proses davam edir.

Elnur Vahidoğlu