• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1699
— 23.03.2021 21:02

Yazlıq əkin üçün gübrələr paylanır

KepezTV Player

Yazlıq əkin üçün aqrar rayon olan Göygöldə fermerlərə gübrələrin verilməsinə başlanılıb. Gübrələr ötən ildən başlıyaraq yeni qaydalarla daha asan formada əldə edilir. Bu məqsədlə rayona 850 ton müxtəlif növ gübrə gətirilib.

Göygöldə  fermerlərə yaz əkini ilə bağlı gübrələrin satışına martın əvvəlindən başlanılıb. Üzvi və mineral maddələrin fermer kartı vasitəsilə əldə edilməsi əkinçiləri əlavə xərc və vaxt itkisindən xilas edir.

Vüqar Məmmədov  torpaq mülkiyyətçisi : Təsərrüfatçıyam, əvvəllər gübrəni çətinliklə alırdım. İndi çox asandı, kartımıza pul köçürülür. Aqrolizinqdə post terminal var ora 30 faiz pulumuzu ödəyirik. 70 faizi də kartdan post terminalla silirlər, gübrəmizi çox asanlıqla alıb gedirik.

Altay Ələkbərov  Aqrolizinq ASC-nin Şəmkir regional nümayəndəliyinin bölmə rəhbəri: Daha da asanlaşıb, daha da əlverişli olub. Fermerlərə lazım olan yazlıq gübrələrimiz anbarlarda var. Yaz əkini üçün amafos, nitroamofos, amonim nitrat gübrəsi də taxıl üçün yazlıq səpinə görə varımızdır. Altıncı günü də işləyirik ki, fermerlər əlverişli hava şəraitini tutsun və aparıb istifadə edə bilsin.

Gübrələr torpağın fiziki, kimyəvi və bioloji xassələrini yaxşılaşdırmaqla məhsulun artmasına və onun keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Gübrə verməklə məhsulla birlikdə torpaqdan götürülmüş qida maddələri də torpağa qaytarılır. Bununla da torpağın məhsuldarlığı bərpa edilir. Gübrənin sahələrə verilməzdən əvvəl torpağın analizi də vacib şərtlərdəndir.

Adil Kərimzadə Göygöl DAİM-in Bitkiçilik sektorunun müdiri: Son illər Göygöl rayonunda fəaliyyət göstərən Aqro kimya laboratoriyasında fermerlər əkin sahələrindən torpaq nümunələri götürürlər. Yoxlanılan nümunə əsasında torpaqda nə qədər azotfos və kalium gübrəsinin çatışmamazlığı müəyyən edilir. Verilən rəy əsasında əkin sahələrində gübrələmə işləri aparılır.

Fermerlərə mineral gübrələrin satışı mayın sonlarına kimi davam edəcək. Göygöldə bu il 12 min hektara yaxın sahədə əkin aparılıb. Ötən il rayonda fermerlərə 750 ton gübrə verilib.

Elnur Vahidoğlu