• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2031
— 23.03.2021 20:36

Daşkəsəndə tanışını bıçaqlayan şəxs tutulub

KepezTV Player

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Nizami küçəsində qeydə alınıb. 57 yaşlı İqbal İsmayılov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 43 yaşlı Mübariz Novruzov tutulub. Faktla bağlı araşdırma aparılır.