KepezTV Player
Azərbaycanda 40 yaşdan yuxarı vaksinasiya olunacaq şəxslərin qeydiyyatına start verilib. Bu gündən 40 yaş və daha yuxarı şəxslər randevu.its.gov.az saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürə bilərlər. Randevu sistemində 40 yaş və yuxarı olan, həmçinin son 1 il ərzində COVİD-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulur.
- Baxış: 328