• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1269
— 20.03.2021 20:36

"Kraliça"nı yarışsız qoyan pandemiya

KepezTV Player

Koronavirus pandemiyasının dünyanı cənginə almasından bir il ötür. Bu müddət  ərzində COVİD-19-un mənfi təsir göstərdiyi əsas sahələrdən biri də idman oldu. Pandemiyanın daha çox tüğyan etdiyi ilk vaxtlarda planet demək olar ki, idmansız qaldı.

Ayrı-ayrı idman növləri üzrə danışarkən futbolla müqayisədə pandemiyanın digərlərinə təsiri daha çox oldu desək, yanılmarıq. Bu mənada idmanın "kraliça"sı sayılan atletikanı fərqləndirmək mütləqdir.

Mövcud vəziyyətin nə vaxt bitəcəyi, idmançıların heç bir əngəl olmadan müntəzəm şəkildə məşqlərə başlayacağı məlum deyil. Bu səbəbdən də təcrübəli mütəxəssis həyacan təbili çalır.

Hələliksə atletlər şəhər daxili yarışlarda çıxış etməklə formadan düşməməyə çalışırlar.

Gəncədə son iki ayda atletika üzrə iki yarış keçirilib. Belə turnirlərdə 30-a yaxın atlet iştirak edib.