KepezTV Player
Yaralı hərbi qulluqçular ziyarət olunub
Xalqımızın milli-mənəvi dəyərlərini və qədim ənənələrini özündə əks etdirən Novruz bayramı münasibəti ilə Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Fəxri Xiyabanı ziyarət edib.Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.
Nazirliyin rəhbərliyi həmçinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunan Vətən müharibəsi qaziləri və digər hərbi qulluqçularla görüşüblər.Hərbi qulluqçulara Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin təbrikləri çatdırılıb və dövlətimizin başçısı adından bayram sovqatları təqdim edilib.
- Baxış: 333