KepezTV Player
Gəncədə Gənclər evinin təşkilatçılığı ilə şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə sərgi təşkil olunub. Millət vəkillərinin də iştirak etdiyi sərgidə igid vətən oğullarının qəhrəmanlıqlarından, Azərbaycan xalqının mübarizliyindən danışılıb. Layihənin rəhbəri Sona Məhərrəmova 1 ay ərzində zər texnologiyası ilə 21 qəhrəmanımızın portretlərini canlandıraraq ailələrinə təqdim edib. Tədbirdə həmçinin Gəncə şəhər uşaq evində böyüyən şəhid Əmrah Rəcəbovun rəsmi uşaq evinə hədiyə plunub.
- Baxış: 461