• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1308
— 19.03.2021 12:21

Gəncədə gənc qızın qətli ilə bağlı məlumat yayıldı

KepezTV Player

Baş Prokurorluq və DİN Gəncədə gənc qızın qətli ilə bağlı birgə məlumat yayıb. Fevralın 19-da Gəncə şəhər sakini 19 yaşlı Musayeva Pərvin Xəqani qızının itkin düşməsi ilə bağlı Gəncə şəhər Nizami rayon Polis idarəsinə daxil olmuş məlumat əsasında araşdırma aparılıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılıb. Araşdırmalarla Pərvin Musayevanı tanışı 20 yaşlı Cəfərov Sərdar Saləddin oğlunun fevralın 19-da özünə məxsus avtomobildə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı boğaraq öldürdüyü və meyitini Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən məişət tullantılarının yığıldığı əraziyə atdığı müəyyən edilib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə iş başlanılıb. Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.