KepezTV Player
Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərə səfər edib. Füzuli rayon mərkəzinə, Cəbrayıl və Zəngilan rayonlarına səfərdə Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da iştirak edib. Cəbrayıl rayonunun Soltanlı kəndində səpin prosesinə hazırlıq işləri ilə tanışlıq olub. Zəngilan rayonunun Ağalı kəndində “Qardaşlıq bağı” salınıb. 5 hektar sahədə yerləşən bağda meyvə tingləri əkilib.
- Baxış: 177