• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1444
— 18.03.2021 09:21

Baş infeksionistdən əhaliyə çağırış

KepezTV Player

Son günlər koronavirusa yoluxanların sayı kifayət qədər artıb. Yoluxanlar arasında xəstəxanaya yerləşdirilənlərin də sayında artım var. Bunu baş infeksionist Təyyar Eyvazov “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda sosial şəbəkə üzərindən  etdiyi çıxışında bildirib. Qeyd edib ki, ölkə ərazisində son 2 gündə yoluxma sayı minə yaxınlaşıb. Yoluxma hallarının çoxalması isə karantin qaydalarının sərtləşdirilməsinə gətirib çıxara bilər. Baş infeksionist qarşıdan gələn Novruz bayramında atılacaq qərarlardan asılı olmayaraq əhalini diqqətli olmağa çağırıb.