• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2195
— 17.03.2021 12:01

Ailə üzvlərini qumbara ilə öldürməklə hədələyən kişi saxlanıldı

DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən bir qadın Lökbatan qəsəbəsində yaşadıqları evdə atasının qumbara ilə onları öldürməklə hədələməsi barədə məlumat verib. Qaradağ RPİ 10-cu Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Malakanov saxlanılıb, ondan “UZRQM-2” markalı qumbara götürülüb.