• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1075
— 15.03.2021 15:59

Tovuzda toy mərasimlərinin qarşısı alınıb

KepezTV Player

Tovuzda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb. Rayon Polis Şöbəsinə Əlimərdanlı kəndində toy məclisinin keçiriləcəyi barədə məlumat daxil olub. Müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci - Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması maddəsi ilə protokol tərtib edilərək 200 manat cərimə olunub. Rayonun Mülkülü kəndində də toy mərasiminin keçirilməsi aşkar edilib ki, RPŞ əməkdaşları həmin mərasim barəsində də qanunamüvafiq tədbir görüb, iştirakçılar inzibati məsuliyyətə cəlb edilib.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı Masallı şəhər sakini Söhrab Məmmədovun karantin rejiminin qaydalarını pozaraq şəhərdəki restoranlardan birində ad günü məclisi təşkil etdiyi müəyyən olunub. Polis əməkdaşları məclisdə iştirak edənlərə karantin rejiminin qaydalarını izah ediblər. Obyekt sahibi, məclisin təşkilatçısı da daxil olmaqla ümumilikdə 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən tədbirlər görülüb.