KepezTV Player
Bu gün şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsi start götürəcək. Yarışda Azərbaycanı bu dəfə iki şahmatçı - Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov təmsil edəcək. Turnir Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Onlar yarışın ilk günündə 5 rəqiblə üz-üzə gələcək. Şəhriyar I turda qara fiqurlarla Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşacaq.Rəcəbov isə ilk görüşdə ağ fiqurlarla Aniş Giriyə qarşı oynayacaq. Turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Teymur Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.
- Baxış: 416