• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1224
— 13.03.2021 16:30

Azad olunmuş ərazilərin minalardan təmizlənməsi mühüm məsələdir

KepezTV Player

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakıda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.Qaçqınlıq və məcburi köçkünlüklə bağlı məsələlərin həllində beynəlxalq təcrübənin müxtəlif aspektləri, bunların ölkəmizdə tətbiqi imkanları barəsində fikir mübadiləsi aparılıb.Toivo Klaar işğaldan azad olunmuş ərazilərin minalardan və digər partlayıcı hərbi sursatlardan təmizlənməsinin mühüm məsələ olduğunu qeyd edib.