• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1732
— 12.03.2021 16:52

"Turan Tovuz"un oyunu yenə qara görə təxirə salınıb

KepezTV Player

Futbol üzrə Azərbaycan I Divizonunun XVII turunda bu gün keçirilməsi planlaşdırılan "Turan Tovuz" - "Sabah-2" matçı təxirə salınıb. Peşəkar Futbol Liqasının açıqlamasına görə, təmizləmə işlərindən sonra qarşılaşmanın sabah Tovuz şəhər stadionunda keçirilməsi nəzərdə tutulub. Oyun saat 15:00-a təyin olunub. Tovuzda güclü qar yağması nəticəsində şəhər stadionunu qalın qar örtüyü bürüyüb. Hazırda meydanda qarın hündürlüyü 15-20 sm-ə çatır. Fevralın 17-də XIII turun "Turan Tovuz" - "Sumqayıt - 2" görüşü də eyni səbəbdən təxirə salınıb.