• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1793
— 12.03.2021 19:47

Nəslin tək oğlu

KepezTV Player

Növbəti sujetimizin qəhrəmanı isə, 2 bacının bir qardaşı, mühafizə xidmətində çalışan igidimiz haqqındadər. Şəhid Səxavətin ailəsinin qonağı olub reportaj hazırlamışıq, gəlin izləyək

Qanı ilə tarix yazan Səxavət Həsənov tək ailənin yox, bütün nəsilin, tək oğlu idi. Subay olan igidimiz, toy paltarı geyinməmiş mənfur ermənilərin atəşinə məruz qaldı. 2 bacısı ailə qurandan, çox sevdiyi nənəsi isə öləndən sonra anası ilə tək qalırdı. Mühavizə xidmətində çalışan şəhidimiz elə işlədiyi kollektiv arasında da, xüsusi hörməti olan, məsləhətinə ehtiyyac duyulan insanlardan biri idi. Anası ilə tək yaşadığı üçün bir-birlərinə xüsusi bağlı idilər. Anamız deyir ki, "Oğlum gəlməsə yata bilməzdim. Gərək qapısını özüm açardım. İndi gözümə yuxu getmir. Təsəllim isə oğlumun qanının yerdə qalmamasıdır".

Ailə ilə söhbət əsnasında örgəndik ki, şəhidimizin əmisi Rafael Həsənov birinci qarabağ müharibəsində şəhid olub. Elə həmin ildə1994-cü ildə Səxavət dünyaya gəlir. Hər kəs onu əmisinin yerinə göndərilən bir mələk hesab edirlər. Kim bilərdi ki, bir gün Səxavət də şəhid əmisi kimi ən ali zirvəyə ucalacaq.

Bu gün Səxavətin dostları onlara əmanət etdiyi anasını tək qoymurlar. Hər zaman maraqlanıb, hal əhval tutaraq əllərindən gələni edirlər. Şəhidimizin ən yaxın dostu deyir ki ,"Cəbhəyə gedəndə mənə zəng elədi və birdən şəhid olsam, sevərək aldığım maşını satın, banka olan kredit borcumu ödəyin dedi". Bu gün o şəhid oldu, dövlətimiz igidimizin bütün bank borclarını bağladı. Sevdiyi avtomabili xatirə olaraq saxlanılır. Dostları deyir ki, "Heç ödənməsə belə biz o avtomabilin satılmasına icazə verməzdik." Budur Azərbaycan xalqının Həmrəyliyi.

Səxavətin ən böyük arzularından biri azad olunan torpaqlara bayraq sancmaq idi. O bu arzusuna yetir. Ürəyinin üzərində gəzdirdiyi 3 rəngli hilalımızı azad olunan torpaqlarımızda dalğalandırmaq ona qismət olur.

Şəhidimizdən geriyə nakam məhəbbəti qaldı. O ailə qurmamış, Laçının Güləbird kəndində gedən döyüşlərdə şəhidliyə ucalır. Ölümündən sonra, Qubadlı, Laçın, Cəbrayılın azad olunmasına görə və Vətən uğrunda medalları ilə təltif olunub.

Nərgiz Əhmədqızı