KepezTV Player
Bakıda Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Binə qəsəbəsində yerləşən marketlərdən birindən içərisində 9000 manat olan seyfi oğurlamaqda şübhəli bilinən paytaxt sakini Dilqəm Kamalzadə tutulub. Araşdırma zamanı məlum olub ki, həmin şəxs seyfi oğurlayandan sonra Binə qəsəbəsində yaşadığı evə gətirərək gizlədib. Polislər tərəfindən seyf həmin ünvandan tapılaraq maddi sübut kimi götürülüb. Kamalzadənin törətdiyi oğurluq hadisəsi marketin müşahidə kameraları vasitəsi ilə qeydə alınıb. Faktla bağlı cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
- Baxış: 649