• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1265
— 11.03.2021 17:09

Gənc kadrlarla işin təşkili

KepezTV Player

"Böyük transmilli şirkətlər yeni məzun olan gənclərin təcrübə qazanması üçün onlara 3-6 ay iş imkanı verməlidir. Milli məclisin üzvü Vüqar İskəndərov universitet məzunlarından təcrübə istənilməsi ilə bağlı danışarkən belə deyib. Bildirib ki, bu zaman Fransa, İtaliya, İsveç, Almaniya, ABŞ və digər ölkələrin təcrübələrindən istifadə etmək olar. Belə mexanizmin qurulması üçün isə qanun layihəsinin hazırlanması mütləqdir.

Vüqar İskəndərov Milli Məclisin üzvü: sadəcə olaraq biz bunların optimalını tapmalıyıq. Yenə söyləyirəm, dövlətimizdə gənclər proqramları var. onların müddəalarında gənclərin işə götürülməsi ilə bağlı məsələlər öz həllini tapır. Sadəcə olaraq bunu daha geniş auditoriyada təbliğ eləmək lazımdır. Təşviq eləmək lazımdır. Və beynəlxalq təcrübədən istifadə eləmək olar, sadəcə olaraq özümüzü optimallaşdıraraq. Onun üçün də mən düşünürəm ki, gələcəkdə Kifayət qədər əsaslarımız var ki, bu sahə üzərində işləyək, hansısa bir qanun halına salınsın, əlbəttə ki, hər iki tərəfi razı salan məsələ. Həm işəgötürəni, həmi işləmək istəyəni. Hər ikisinin ehtiyaclarının ödənməsi üçün Bu və ya digər formada müvafiq qanunlar qəbul oluna bilər ki, Gənclərimiz işə girə bilsinlər. Və onların da işə girməsində həmin şirkətlər maraqlı olsunlar.