• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1824
— 11.03.2021 16:30

125 məcburi köçkün ailəsinə ev verilib

KepezTV Player

Füzulidə müvəqqəti məskunlaşan 95 və Bakıda yaşayan 30 köçkün ailəsi üçün rayonun Əhmədbəyli kəndində müasir tipli yeni yaşayış qəsəbəsi salınıb. 17,3 hektar sahədə salınan qəsəbədəki evlərin 12-si birotaqlı, 23-ü ikiotaqlı, 48-i üçotaqlı, 12-i dördotaqlıdır.Qəsəbədə elektrik enerjisi və su təchizatı sistemi yaradılıb. Nasosxana tikilib və yanğınsöndürmə hidrantları quraşdırılıb. Qəsəbədəki bütün evlər zəruri məişət avadanlıqları ilə təmin edilib.

Aybəniz Gözəlova Füzuli sakini: Bu binada , bu vəziyyətdə artıq neçə ildir ki, məskunlaşmışıq. 30 ildə yaşadığımız bu çətin vəziyyətdən, acınacaqlı vəziyyətdən artıq belə deyək də canımız qurtarır. Öz elimizə, obamıza qayıdırıq.

Kəmalə Feyziyeva Füzuli sakini: 1993-cü ildə qaçaqaç düşdü, biz qaçdıq. Orda getdik məskunlaşdıq. Balaca 3 metrəlik bir otaqda. İndi də gəlmişik evimizə, eşiyimizə. Təmzlik işi görürük ki, evimizə köçək. Allaha min şükür orada , o balaca otaqda uşaqlar böyüyyürdü, nəmişlik olurdu. Amma burda amma indi min şükür ki, gəlmişik evimizə eşiyimizə.