• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1385
— 11.03.2021 12:31

Səhiyyə Nazirliyinin baş infeksionisti əhaliyə müraciət edib

KepezTV Player

Son günlər sosial şəbəkələrdə peyvənd edilən vətəndaşların iflic olması, ağır xəstələnməsi, hətta ölməsi, vaksinasiyanın gələcəkdə sonsuzluğa səbəb olacağı barədə heç bir elmi əsası olmayan və həqiqəti əks etdirməyən məlumatlar yayılır. Bu cür yoxlanılmayan şaiyələr tirajlanaraq insanlarda çaşqınlıq yaradır. Bu, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun əhaliyə müraciətinsdə bildirilir. Vurğulanıb ki, Səhiyyə Nazirliyinə indiyənədək vaksin olunmuş insanlarda bu tip qeyri-adi ağırlaşmalar barədə heç bir məlumat daxil olmayıb. Əhalinin nəzərinə çatdırılıb ki, peyvənddən sonra hər hansı bir güclü reaksiya baş verərsə bu haqda mütləq qaydada müvafiq tibb qurumlarına müraciət etsinlər. Səhiyyə nazirinin müavini Viktor Qasımov isə deyib ki, ölkədə hələ ki, COVID-19-a yoluxanların vaksinasiyası nəzərdə tutulmur.Amma hər bir halda bu məsələlərə yenidən qayıtmaq olacaq.