• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1747
— 10.03.2021 19:28

Koronavirus səbəbindən iki məktəb bağlandı

KepezTV Player

Gəncədə daha iki məktəbdə koronavirus səbəbindən şagirdlər distant təhsil alacaqlar. Bir müddət öncə eyni səbəblə bağlanan digər təhsil ocağında isə yenidən ənənəvi tədrisə keçilib.

Gəncədə 26 nömrəli məktəb-lisey kompleksində çalışan 2 müəllim və bir şagirdin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Bu səbəbdən məktəbdə dərslərin 14 gün ərzində distant formada keçirilməsi qərara alınıb. Şəhərin Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbi də koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib. Məktəbin müəllim və şagirdində, həmçinin texniki işçilərdə COVİD 19-la bağlı verilən testin nəticələri pozitiv çıxıb. 14 gün ərzində 976 şagird tədrisi distant formada davam etdirəcək.

İki həftə bundan əvvəl şəhərin 37 nömrəli tam orta məktəbinin 761 şagirdi də anoloji vəziyyətə görə onlayn tədrisə keçmişdi. Artıq məktəbdə əyani təhsil bərpa edilib. Şagirdlər pandemiya qaydalarına uyğun olaraq ənənəvi dərslərə cəlb olunublar.

Ümümumilikdə Gəncənin 45 orta ümumtəhsil ocağında 18 minə yaxın şagird təhsil alır ki, bunların da 4431-i birincilərdir.

Elnur Vahidoğlu