• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 688
— 10.03.2021 19:55

Gənc rəssamlar şəhidlərin portretlərini çəkib ailələrinə təqdim etdilər

KepezTV Player

44 günlük Vətən müharibəsində şəhid olmuş igidlərimizin, eləcə də erməni terrorunun qurbanına çevrilmiş mülki şəxslərin xatirəsini yaşatmaq üçün Gəncədə sərgi təşkil olunub. Gənclərin təşəbbüsü ilə ərsəyə gələn tədbirdə şəhid ailələrinin və düşmənin xain raket hücumlarından əziyyət çəkən ailələrin üzvləri iştirak ediblər. Şəhidlərin portretləri ailələrinə təqdim olunub.

Gəncəli gənc rəssamlar bu tabloları şəhidlərimizin əziz xatirəsinin yaşadılması məqsədilə, onların ruhuna ehtiram əlaməti olaraq hazırlayıblar. Ərsəyə gətirilən 100-ə yaxın portret sərgi iştirakçılarının böyük marağına səbəb olub.

Layihə rəhbərinin sözlərinə görə, gənc rəssamlar öncə internet resurslarından istifadə edərək şəhidlərin portretlərini çəkiblər. Daha sonra isə şəhid ailələri ilə əlaqə saxlanılıb, onlara layihə barədə məlumat verilib və sərgiyə dəvət olunublar.

Şəhid ailələri gənc rəssamların bu təşəbbüsünü yüksək dəyərləndiriblər, təşəkkürlərini bildirmək məqsədilə onlara müxtəlif hədiyyələr təqdim ediblər.