• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1739
— 10.03.2021 16:16

Belarus səfiri Gəncəyə səfər edib

KepezTV Player

“Azərbaycan-Belarus əlaqələri qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulub, uğurla inkişaf edir və bu, əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsində olduğunu göstərir”. Bu fikirlər Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovun Gəncədə səfərində şəhər rəhbərliyi ilə görüşündə səsləndirilib. Andrey Ravkov işğaldan azad edilmiş ərazilərə səfəri zamanı gördüklərindən dəhşətə gəldiyini, bununla belə həmin yerlərdə aparılacaq bərpa-quruculuq işləri nəticəsində tezliklə torpaqlarımızın dirçələcəyinə və orada həyatın yenidən qaynayacağına inandığını bildirib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov erməni işğalından azad olunan ərazilərin əsasən aqrar rayonlar olduğunu xatırladaraq gələcəkdə bu sahədə böyük təcrübəsi olan belaruslu mütəxəssislərin köməyindən istifadə oluna biləcəyini vurğulayıb. Şəhər rəhbəri Belarus ilə əməkdaşlıq çərçivəsində Gəncədə nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində işlər görmək istədiklərini də qeyd edib. Gəncəyə səfər proqramında Andrey Ravkov “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin istehsal sahələri ilə tanış olub. Həmçinin, Vətən müharibəsi dövründə raket atışları zamanı bombalanan ərazilərə baş çəkib.