• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2100
— 10.03.2021 12:10

Sərnişindaşımada süni qiymət artımı edənlər barədə tədbir görüləcək

KepezTV Player

Dövlət Avtomobil Nəqliyyatı Xidməti respublika ərazisində sərnişindaşımada qiymət artımı ilə bağlı yayılan məlumatlarla əlaqədar əhaliyə müraciət edib. Şəhərdaxili, rayondaxili avtobuslarda süni qiymət artımı ilə qarşılaşdığınız zaman 012-566-52-58 nömrəli "Çağrı Mərkəzi"nə zəng edib məlumat verməyiniz xahiş olunur. Bu günə qədər süni qiymət artımı ilə bağlı daxil olan şikayətlərin 96 %-nin müntəzəm marşrut xətlərinə aid olmadığı aşkarlanıb. Müntəzəm marşrut xətlərində rast gəlinən süni qiymət artımının isə sürücünün fərdi təşəbbüsü olduğu məlum olub. Xəbərdarlıq olunub ki, süni qiymət artımına yol verilərsə, sərt tədbirlər görüləcək.