• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1875
— 10.03.2021 11:53

Koronavirusa yoluxanların çoxu 30-39 yaş həddindədir

Azərbaycanda koronavirusa yoluxanların 52,5 faizi Bakı şəhərinin payına düşür. Ölkə üzrə ikinci ən çox yoluxma Aran zonasındadır. Bu ərazidə yoluxma 13,1 faizdir. Abşeron rayonu yoluxmaya görə 12,9 faizlə 3-cü yerdə, Gəncə-Qazax zonası isə 8,1 faiz yoluxma ilə 4-cü yerdədir. 3 faiz yoluxma Quba-Xaçmaz, 3,3 Şəki- Zaqatala rayonları, 2,8 faizi Lənkəran, 1,4 faizi Yuxarı Qarabağ bölgəsi, 2,5 faizi isə Dağlıq Şirvan ərazilərində qeydə alınıb. Naxçıvanda isə son statistikaya görə koronavirusa yoluxma halı 0,004 faiz qeydə alınıb.Ölkədə koronavirusa yoluxanların 21 faizi 30-39 yaş arasında, 18 faizi isə 50-59 yaş arasında olan şəxslərdir. 54 faizi qadın, 46 faizi isə kişilərdir.