• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 907
— 09.03.2021 20:47

Dəm qazı kabusundan necə qorunaq?

KepezTV Player

Gəncənin Yeni Gəncə qəsəbəsində 34 yaşlı Məmmədova Leyla Yunis qızının 2 uşağı ilə birlikdə yaşadıqları mənzildə dəm qazından zəhərlənərək ölməsi faktı üzrə cinayət işi açılıb. Şəhər prokurorluğundan verilən məlumata görə, istintaq Cinayət Məcəlləsinin səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda maddəsi üzrə aparılır. Payız-qış mövsümü ərzində Gəncədə ümumilikdə 10 nəfər dəm qazından boğulub.Bütün bu hadisələr isə dəm qazından qorunmaq üçün təhlükəsizlik məsələlərinə riayət olunmasının vacibliyini gündəmə gətirir. Belə faciələrin yaşanmaması üçün nələrə diqqət etmək lazımdı? Hansı qabaqlayıcı tədbirləri görmək lazımdır? Suallara aidiyyəti üzrə cavab almağa çalışmışıq.

Gördüyünüz bu bina şəhərin Yeni Gənə yaşayış massivi bina 6 ünvanıdır. Bu ünvanda ötən gün dəhşətli bir faciə yaşandı. Belə ki binanın sakini 34 yaşlı Leyla Məmmədova, eləcə də onun az yaşlı oğlu və qızı dəm qazından boğularaq öldü.

Vaqif Əliyev sakin:Çox yaxşı ailə, çox yaxşı qonşu idilər. Adam belə baxanda ürəyi ağrıyır. Bir ailədən üç nəfərin belə olmağı çox təsirlidir.

34 yaşlı Leyla Məmmədova, övladları 7 yaşlı Murad Məmmədov və 6 yaşlı Xədicə  Məmmədova hamamda çimərkən dəm qazından zəhərlənərək ölüblər. Təəssüf ki, bu hadisə son olmayıb. Şəhərin Gülüstan yaşayış massivi bina 1-də də dəm qazından boğulma baş verib. 28 yaşlı Fərqanə Ramazanova da zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağır olan qadına dərhal lazımi tibbi yardım göstərilib. Bəs, belə faciələrin yaşanmaması üçün nələrə diqqət etmək lazımdı?

Azər Bayramov Gəncə Regional Qaz İstismar İdarəsinin baş mühəndisi:Qənaətli su qızdırıcıları ümumiyyətlə hamam otağında quraşdırılmamalıdır. Onlar quraşdırılarkən mütləq yerli qaz istismar idarəsinin mütəxəsislərinin məsləhətlərindən istifadə olunmalıdır. Hamam otağında qaz cihazı quraşdırılarkən bunun özünün parametrləri var. Hamamın qapısı ilə döşəmə arasında məsafə, hamamın təbii işıqlandırılması, tüstü bacasının saz vəziyyətdə olması, hamamın hündürlüyü, həcmi bütün bunların hamısı vacib məsələlərdən biridir. Bunun biri olmadıqda hər hansı bir yanma prosesində nöqsan ortaya çıxır bunun da nəticəsində vətəndaş dünyasını dəyişir.

Miryasin  Məmmədov sakin:Tüstü bacalarını təmizlənmək, uşaqları sobalardan kənarda saxlamaq lazımdır. Daim diqqətlə fikir verilməlidir ki, bu cür hallar insanların can almalarına səbəb olmasın.

Şübəhsiz ki, təhlükə mənbələrindən biri də bina və mənzillərdə tüstü bacalardan düzgün istifadə edilməməsi və ya vaxtında təmizlənməməsidir. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin Təmir tikinti və qəza xidməti şöbəsinin tərkibində bir neçə ildir ki, tüstü bacaların təmizlənməsi ilə bağlı mobil qruplar yaradılıb. Görülüən işlərlə bağlı hər ay hesabatlar hazırlanır.

Rəşid Kərimov Gəncə şəhər MKTİB-nin şöbə rəisi: Bir ay müddətində 150-160 evdə baxış keçiririk. Əsasən həm də payız qış mövsümündə vətəndaşların müraciəti əsasında tüstü bacaların işləməməsi haqqında biz gedib yerində araşdırırıq. Məlumatları da ötürürük. Bizim mobil qruppa yalnız Mənzil İstismar sahələrinin ərazisində hansının ərazisində zəng gəlsə gedib araşdırıb işləri görülür.

İlqar Əsədov Gəncə şəhər MKTİB-nin rəis müavini:Mənzildə təmir işləri aparılan vaxtı tüstü bacalarının oyuqlarına əhəmiyyət verilmədən bağlanması eyni zamanda vanna otaqlarında qapılarında havanın çıxması üçün oyuqların qoyulmaması insanların həyatı üçün təhlükə törədir. Burada oksigen azlığından cihazlarda dəm qazı yığılır və əfsuslar olsun ki, insanların ölümünə gətirib çıxarır. Xahiş edirəm ki, tüstü-bacaların işləməsi üçün hər bir sakin öz həyatını düşünürsə buna fikir verməlidir.

Göründüyü kimi xırda bir səhv böyük faciəyə gətirib çıxarır. Bunun baş verməməsi üçün qaydalara riayət etmək vacib şərtdir. Şərtlərə əməl edərək özümüzün və sevdiklərimizin həyatını xilas edə bilərik.

Elnur Vahidoğlu