DİM 1856 namizəd üçün imtahan keçirəcək
Bu gün direktorların işə qəbulu üzrə test imtahanlarına start verilib. 12 bölgədə yerləşən 25 imtahan mərkəzində təşkil olunan imtahanlarda namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunur.
İmtahanlar sabah da davam edəcək.
Martın 7-də Dövlət İmtahan Mərkəzi tərəfindən həmçinin inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanları keçirəcək.
İmtahan prosesi Bakıda 6, Gəncədə isə 1 binada təşkil olunacaq. İştirak üçün ümumilikdə 1856 namizəd qeydiyyatdan keçib. İmtahanlar eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahanlar koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər nəzərə alınmaqla sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilir.
- Baxış: 275