KepezTV Player
1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Zəngilan rayonunun Qaradərə kəndi Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində 2020-ci il 22 oktyabr tarixində azad olunub. Qaradərə kəndi dağətəyi ərazidədir. Vaxtilə baharlı tayfasına məxsus ailələrin qışlaq yeri olub. Yaşayış məntəqəsi salındığı dərənin adı ilə adlandırılıb. Adı "Dədə Qorqud" dastanında çəkilən kəndin qarşısından məşhur çinar meşəsindən başlayan Bəsit çayı axır.
- Baxış: 544