• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1697
— 04.03.2021 12:05

Yer kürəsinin orbitində ilk kosmik hotelin inşasına start veriləcək

Orbital Assembly Corporation şirkəti dünyanın ilk kosmik hotelinin inşasının tarixini elan edib. İlk kosmik hotel Voyager Station adlanacaq. Bu barədə Daily Mail saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən Yer kürəsinin orbitində hotelin inşasına 2025-ci ildə start veriləcək. Plana əsasən layihə 2027-ci ildə yekunlaşdırılmalıdır. Sözügedən hotel kapsullardan ibarət halqa formasında olacaq. Kapsulların daxilində restoranlar, kinoteatrlar, spa salonları, idman zalları və 400 nəfər üçün nəzərdə tutulmuş turistik otaqlar inşa ediləcək.Şirkət həmçinin hotel daxilində astronavtların müddətli yaşamaları üçün nəzərdə tutulmuş xüsusi otaqlar, suyun və havanın saxlanması üçün kapsullar da inşa etməyi planlaşdırır. Bu cür otaqlar ya icarəyə veriləcək ya da dövlət və özəl şirkətlərə satılacaq. Təbii ki, şirkət kosmik hotelin inşasının və orda bir gecə qalmağın hansı qiymətə başa gələcəyi barəsində məlumat verməyib. O sadəcə olaraq bildirib ki, çoxistifadəli Falcon 9 raketləri vasitəsilə inşaya xərclənəcək vəsait qat-qat azalıb. Qeyd etmək lazımdır ki, Falcon 9-dan əvvəl kosmosa 1 kq ağırlığında yükün göndərilməsinin qiyməti 8000$-a təşkil edirdi. İndi isə 1 kq ağırlığında yükün göndərilməsinin qiyməti 2000$ təşkil edir.