KepezTV Player
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları düşmənin atıb qaçdığı hərbi texnikalar və silah-sursat aşkar ediblər. Əvvəllər düşmən ordusunun səngərlərinə və saxlanc yeri kimi istifadə etdikləri qazmalara baxış keçirilib. Erməni hərbçilərin ataraq qaçdığı 2 “İQLA-S” zenit-raket kompleksi, 4 avtomat, 7 ədəd müxtəlif növ qumbara, 1 “Karbonit” silahı, 1 tank əleyhinə qumbaraatan, 19 mindən çox müxtəlif çaplı patron, 144 müxtəlif növ mərmi və avtomat daraqları aşkar edilərək götürülüb.
- Baxış: 214