KepezTV Player
Türkiyə ilə birgə görüləcək işlər çərçivəsində "Xocalı faciəsi", Qarabağda əldə edilən zəfərlə bağlı filmlərin çəkilməsi müzakirə edilir. Eyni zamanda Nizami iliylə əlaqədar, bir sıra tədbirlərin də həyata keçirilməsi gözlənilir. Millət vəkili Ceyhun Məmmədov Türkiyə ilə Azərbaycanın mədəni sahədə əməkdaşlığından danışarkən belə deyib. Qeyd edib ki, Türkiyə və Azərbaycanın mədəni sahədə əməkdaşlığında əsas məsələlərdən biri də muzey işinin təşkilidir. O, mədəni irsin bərpasında aparılacaq birgə işlərdən də danışıb.
- Baxış: 187