• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1436
— 02.03.2021 11:45

Azərbaycanla İran arasında yeni körpü tikiləcək

KepezTV Player

İran və Azərbaycan arasında yeni körpünün təməli qoyulacaq. Novruz bayramına qədər inşaat işlərinə başlanması nəzərdə tutulur. Bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi məlumat verib. Onun sözlərinə görə, İran və Azərbaycan arasında Astaraçay üzərində hazırda istifadədə olan körpü 2-ci dünya müharibəsi zamanı inşa olunub. Bununla belə bu körpü ilə böyük ölçüdə məhsullar daşınır. Yeni körpü iki ölkə tərəfindən birgə inşa olunacaq və ilkin hesablamalara əsasən, təxminən 4-5 milyon dollar dəyərində vəsait xərclənəcək. Körpü Şimal-Cənub Dəhlizində böyük rola sahib olacaq.