• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1323
— 02.03.2021 09:37

Bu gün Od çərşənbəsidir

KepezTV Player

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur. İlaxır çərşənbələrdən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi də tanınır. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Növbəti - Yel çərşənbəsi martın 9-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq. Yaz fəsli ölkəmizə 20 mart saat 13:37-də daxil olacaq. Martın 20-si bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək. Od çərşənbəniz mübarək!