• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 893
— 02.03.2021 10:07

Qarabağdakı abidələrin bərpasında Türkiyə təcrübəsi

KepezTV Player

Azərbaycan Qarabağdakı abidələrin bərpasında Türkiyə təcrübəsindən yararlanacaq. Bununla bağlı Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi ilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb. Sənədlə ölkələr arasında mədəni irsin qorunması sahəsində əməkdaşlıq və qarşılıqlı tərcrübə mübadiləsinə tövhə verilməsi hədəflənir. Mütəxəssis mübadilə proqramları, texniki və peşə təlimləri, staj proqramları vasitəsi ilə bu sahədə təcrübə mübadiləsi həyata keçiriləcək.