• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 874
— 01.03.2021 19:40

Erməni vəhşiliyi hər izdə...

KepezTV Player

Torpaq əgər uğrunda ölən varsa, Vətəndir. Biz Vətəni şəhid qanı ilə sulanan millətik. Ona görə də ayaq basdığımız, hətta görmədiyimiz, gəzmədiyimiz yerlər də bizim üçün qiymətli, əzizdir. Sıradakı materialımız Ağdamın Şelli kəndindəndir. İzləyək və bir ovuc torpağın yaşatdığı hissləri Ağdam sakinləri ilə birgə biz də yaşayaq.

Qafqazın Xirasiması adlandırılan Ağdamda və onun kəndlərində indi yalnız evlərin daşı qalıb. Amma düşmən dağıtsa da, yx etməyə çalışsa da o, bizim üçün əzizdir, doğmadır. Ağdama səfərimiz zamanı yolumuz Şelli kəndindən də keçdi. Kənd 1993-ci il iyulun 4-də Ermənistan Ordusu tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə isə düşmən tapdağından azad edilib və burada Azərbaycan bayrağı ucaldılıb. Bu kənd Xocalı sakinləri üçün də əziz, doğma və bir o qədər də ağrılı günləri yada salan məkandır.

İllərdir öz əzizlərindən ayrı düşən biri kimi bağrımıza basırıq bu kəndi. O, yandırılmış evləri, uçurulmuş damları ilə də bizimdir. Onun yaraları yenidən sarılacaq.

Artıq Gəncədəyik və Ağdamdan gətirdiyimiz o əmanəti sahibinə verməyə gedirik.

Evin ağsaqqalı, Ağdamın Xıdırlı kənd sakini Cəlal Abdullayev də doğma elinə dönməyi səbirsizliklə gözləyir.